Dövlət Bayrağı Gününə həsr olunmuş guşə yaradılıb

Noyabrın 7-də məktəbin ibtidai sinif müəllimi Aynurə Cəlilovanın təşəbbüsü ilə məktəbin foyesində Dövlət Bayrağı Gününə həsr olunmuş "Dövlət bayrağımız milli qürurumuzdur" adlı şagirdlərin əl işlərindən ibarət guşə yaradılıb.

Guşədə nümayiş olunan əl işləri müxtəlif növ rəngli sap, ipək parça, rəngli kağız, muncuq, biser, pilək və s. bədii materiallarla hazırlanıb.

Məktəblilər bayrağımıza həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirib.

Aynurə Cəlilova: "Guşənin təşkilində başlıca məqsəd şagirdlərdə vətənpərvərlik hissinin gücləndirilməsi, Azərbaycan bayrağının mahiyyətinin təbliği və dövlət atributlarına sevgi və ehtiramı aşılamaqdır."

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi