Birincilər divar qəzeti hazırlayıb

Məktəbdə 20 oktyabr tarixindən start verilən “Uşaq hüquqları aylığı” ilə əlaqədar uşaq hüquqları mövzusunda maarifləndirici tədbirlər - dəyirmi masalar, müsabiqələr və sərgilər təşkil olunur. Belə ki, noyabrın 6-da məktəbin Uşaq Birliyi rəhbəri Gülnar Əzimovanın təşəbbüsü, məktəbin ibtidai sinif müəllimləri Aysel Hüseynzadə və Səbinə Nəzərlinin təşkilatçılığı ilə 1-ci sinif şagirdləri ilə "Mənim hüquqlarım" başlığı altında divar qəzeti hazırlanıb.

Birincilər böyük həvəslə qəzetə lazım olan şəkilləri çəkib, rəngləyib. Daha sonra "Mənim hüquqlarım" sərlövhəli qəzet məktəbin foyesində nümayiş etdirilib.

Məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlərin noyabrın 20-dək davam etdirilməsi nəzərdə tutulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi