“Kikboksinq” idman növü üzrə ustad dərsləri alır

Məktəbin 4 “Ə” sinif şagirdi Azad Verdiyev artıq bir neçə ildir ki “Kikboksinq” idman növü üzrə ustad dərsləri alır. Azad Verdiyev iştirak etdiyi yarışlarda bütün rəqiblərinə qalib gələrək diplom və medalla təltif olunub.

Azad Verdiyevin sinif rəhbəri Xatirə Cəfərova: "Azad il ərzində təlim tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirir, müsbət keyfiyyətlərə malikdir. Ağıllı, səliqəli, intizamlı, mehriban uşaqdır, oxumağı sevir və bu işə ciddi yanaşır. Qabiliyyətli, düşünən və hazırcavabdır, hər şeylə maraqlanır. Xeyirxah və qəlbitəmizdir, yoldaşları ilə münasibəti yaxşıdır."

Xatirə müəllim Azadın nəinki idmanda hətta bilik yarışlarında da nailiyyətlərinin olduğunu bildirib.

Azad Verdiyevin qazandığı nailiyyətlərin məlumatını özündə əks etdirən diplom və medalları diqqətinizə təqdim edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi