Səbail rayonu üzrə “Məktəb seminarları”

Noyabrın 4-də “Məktəb seminarları”nın növbəti sessiyaları Səbail rayonunun ümumi təhsil məktəbləri üzrə keçirilib.

“Məktəb seminarları”nda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə  və təşkilati işlər üzrə direktor müavinləri, uşaq birliyi rəhbərləri, Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənni üzrə metodbirləşmə sədrləri, məktəb saytlarını idarə edən şəxslər  iştirak ediblər.

“Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumi təhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir. 

Məktəb direktorları üçün keçirilən sessiyada çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev məktəb mühiti, məktəblilərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, təmayülləşmə, fənn olimpiadalarına hazırlıq, buraxılış imtahanlarının yeni qaydalar çərçivəsində təşkili və valideynlərlə işin qurulması məsələlərinə toxunub.

Digər sessiyalarda ümumi təhsil müəssisələrinin keyfiyyət göstəriciləri, təmayülləşmə, istedadlı şagirdlərlə iş, şagird nailiyyətlərinin qiymətləndirilməsi, keyfiyyətə nəzarət, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəb saytlarının idarə olunmasında qarşıya çıxan problemlərin həlli və digər müvafiq mövzularda çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ümumi təhsil müəssisələrində məktəbdaxili metodiki işə nəzarət, təlim-tərbiyə prosesinin təşkili, məktəblilərin hərtərəfli vətəndaş kimi formalaşdırılması məsələləri də müzakirə olunub. 

Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, sessiyalar paytaxtın 12 inzibati rayonunun hər birini əhatə edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi