Şagirdlər "Paytaxt" salatı hazırlayıblar

Noyabrın 1-də məktəbin ibtidai sinif müəllimi Aynurə Cəlilova rəhbərlik etdiyi 4 "F" sinfində Texnologiya fənnindən "Paytaxt salatının hazırlanma texnologiyası" mövzusunda maraqlı və əyləncəli dərs aparıb. Aynurə Cəlilova "Paytaxt" salatının hazırlanmasını və süfrəyə təqdim edilməsi prosesini şagirdlərə ətraflı və əyani şəkildə izah edib.

Şagirdlər işə başlamazdan əvvəl əlcək və önlük taxıblar. Sonra salata lazım olan bütün inqridentləri bir qaba doğrayıblar. Sonda isə salatı cəfəri və şüyüdlə bəzəyərək fərqli təqdimatda süfrəyə təqdim edib, bərabər hazırladıqları təamın dadına baxıblar.

Şagirdlər: "Bu gün biz ilk dəfə "Paytaxt" salatının hazırlanmasına həsr edilən məşğələdə iştirak etdik. Çox maraqlı məşğələyə görə, təşkilatçı Aynurə müəllimə xüsusi minnətdarlığımızı bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi