Maarifləndirici söhbətlər aparılıb

Oktyabrın 31-də məktəbin kimya müəllimi Mehparə Səlimova "Plastik və polietilen tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması" mövzusunda X sinif şagirdləri arasında plastik və polietilen tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması, plastik qablaşdırma materiallarından istifadənin tədricən məhdudlaşdırılması, yüngülçəkili plastik torbaların satışı üçün ödənişli sistemin tətbiq olunması, alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması ilə bağlı maarifləndirici söhbətlər aparıb.

Müəllim ətraf mühitin çirklənməsində daha çox paya malik, çox yüngül çəkili polietilen torbalardan istifadənin qadağan olunması ilə bağlı layihənin dövlət tərəfindən razılaşdırma mərhələsində olduğunu bildirib.

Mehparə Səlimova şagirdlərə polietilen torbalardan imtinaya, alış-veriş zamanı parça torbalardan və həsir zənbillərdən istifadə etmələrini tövsiyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi