Təlim keçirilib

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olmuş "Ümumtəhsil müəssisələrində kargüzarlığı aparan işçilərin peşə hazırlığının artırılması" layihəsi çərçivəsində təşkil olunan 14 oktyabr tarixindən başlayaraq hər gün 4 akademik saat olmaqla 10 gün davam edən  təlimdə məktəbin sözügedən işə məsul əməkdaşı Gülnarə Abbasova iştirak edib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnformasiya şöbəsinin əməkdaşı Zemfira Rüstəmovanın moderatorluğu ilə keçirilən təlim müdavimlər arasında “Diaqnostik sorğu” keçirilməsi ilə başlayıb.

Təlimdə iştirakçılara rəsmi sənədlərin hazırlanma qaydası, təqdimatların tərtibi, elektron poçt vasitəsilə işgüzar yazışma qaydaları, şagird, müəllim və valideynlərlə səmərəli ünsiyyət bacarıqları kimi mövzular ətrafında zəruri məlumatlar  verilib.

Layihənin məqsədi məktəbdə kifayət qədər məsuliyyətli işi − sənədləşdirmə işini aparanlara rəsmi sənədlərin hazırlanmasının incəliklərini öyrətmək, onların peşəkar inkişafı üçün lazımi məlumat və praktik vərdişlərlə təmin etmək olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi