IX sinif şagirdləri üçün diaqnostik imtahan keçirilib

Oktyabrın 19-da məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyi  tərəfindən IX sinif şagirdlərinin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil (əsas xarici dil) fənləri üzrə təlim nəticələrinin artırılması, eyni zamanda, məktəb özünüqiymətləndirmənin formalaşdırılması məqsədilə Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil fənləri  üzrə  diaqnostik imtahan keçirilib.

Qiymətləndirmə üçün ayrılan ümumi vaxt 210 dəqiqə olub (30 dəqiqə hazırlıq, 180 dəqiqə sualların cavablandırılması). Ayrılmış vaxtın ilk 30 dəqiqəsində şagirdlər onlar üçün müəyyən edilmiş yerdə əyləşib, cavab kartları paylanıb, cavab kartının düzgün doldurulma qaydası izah olunub. 10:30-da sual kitabçaları paylanıb və sualların cavablandırılması üçün 180 dəqiqə vaxt verilib. İmtahan vaxtında yekunlaşıb və nəzarətçi-müəllimlər tərəfindən imtahanın şəffaf keçirilməsinə xüsusi nəzarət olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi