Müstəqilliyin bərpasının 28-ci ildönümünə həsr olunmuş söhbətlər aparılıb

Oktyabrın 18-də məktəbin Uşaq Birliyi rəhbəri Gülnar Əzimovanın təşkilatçılığı ilə 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə ibtidai siniflərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunmuş söhbətlər aparılıb.

Tədbir öncəsi ibtidai sinif şagirdlərinin ifasında Azərbaycan Dövlət Himni səslənib və bütün şagirdlərə kiçik bayraqlar paylanıb.

Şagirdlər dövlət müstəqilliyindən bəhs edən videoçarx və sənədli filmləri izlədikdən sonran vətənə aid şeirlər, atalar sözləri, bayatılar söyləyib, mahnılar oxuyublar.

Tədbir yenidən şagirdlərin ifasında Dövlət himnini səsləndirmələri ilə yekunlaşıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi