Şagirdlər “EduExpo”da iştirak ediblər

Oktyabrın 11-də məktəbin riyaziyyat müəllimi Zəminə Şükürova və rəhbərlik etdiyi 9 "Ç" sinif şagirdləri Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Sərgi Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinində (“EduExpo”) iştirak ediblər.
Ziyarətçi şagirdlər sərgidən maraqlı informasiyalar əldə edib, ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbula daha yaxşı hazırlıq, sənəd qəbulu müddəti, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab alıblar.