II Beynəlxalq fındıq, qoz və şabalıd festivalına ekskursiya təşkil edib

Sentyabrın 28-də məktəbin ibtidai sinif müəllimi Gülnarə Zeynalova rəhbərlik etdiyi 3 "Ə" sinif şagirdlərinin Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin və Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının dəstəyi ilə reallaşan II Beynəlxalq fındıq, qoz və şabalıd festivalına ekskursiyasını təşkil edib.

Əvvəlcə müəlim və şagirdlər ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.

Daha sonra şagirdlər tədbirdə fındıq, qoz və şabalıddan hazırlanmış əl işləri, rəsm və tətbiqi sənət nümunələrindən ibarət sərgilərə baxıb, fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi