"Zərərli vərdişlər və onların fəsadları” mövzusuna həsr edilmiş stend sərgilənib

Sentyabrın 17-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamova  IX - XI sinif şagirdləri ilə məktəbin dəhlizində narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi önündə "Narkomaniya, zərərli vərdişlər və onların fəsadları” mövzusuna həsr edilmiş maarifləndirici söhbətlər aparıb.

Yaqut İslamova  dövlətin yeniyetmə və gənclərin yüksək təhsil almaları və asudə vaxtlarının səmərəli təşkili üçün gördüyü işlərdən danışıb. O, uşaq hüquqlarının insan hüquqlarının ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdıraraq, uşaqların və gənclərin vətənpərvərlik ruhunda formalaşmasının vacibliyinə diqqət çəkib, zərərli vərdişlərə qarşı qətiyyətli olmalarını tövsiyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi