"Bilik Günü" qeyd olunub

Sentyabrın 16-da məktəbdə yeni dərs ilinin başlanması münasibəti ilə təntənəli mərasim keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xanlar İmaməliyev qonaqları, müəllim və şagirdləri “Bilik günü” münasibəti ilə təbrik edib, dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan, məktəbin uğurlarından, geniş məruzə ilə çıxış edib.

Tədbirdə Səbail rayon İcra hakimiyyətindən və qəsəbə Bələdiyyəsindən nümayəndələr, Silahlı Qüvvələrimizin zabiti, aprel döyüşləri zamanı minaya düşən polkovnik-leytenant Eldəniz Sadıqov və digər qonaqlar iştirak edib. Eldəniz Sadıqov Azərbaycan Ordusunun aprel döyüşlərində əsl qəhrəmanlıq nümayiş etdirmələrindən, döyüş zamanı Azərbaycan ordusunun əsgər və zabitlərinin ruh yüksəkliyindən geniş söhbət açıb.

Tədbir şagirdlərin hazırladıqları bir-birindən maraqlı çıxışları, müxtəlif rəqs nümünələri ilə davam edib və sonda "İlk zəng" çalınıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi