2019/2020-ci tədris ilinə hazırlığın vəziyyətinə həsr edilən ilk Pedaqoji Şuranın iclası keçirilib

Sentyabrın 7-i məktəbin akt zalında 2019/2020-ci tədris ilinə hazırlığın vəziyyətinə həsr edilən ilk Pedaqoji Şuranın iclası keçirilib.

Tədbirdə məktəbin rəhbər işçiləri və pedaqoji heyət iştirak edib. İclası giriş sözü ilə məktəbin direktoru Xanlar İmaməliyev açaraq gündəlikdə olan məsələlər barədə məlumat verib. İlk öncə ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər təhlil edilib. Növbəti tədris ilində qarşıda duran vəzifələr, birinci sinfə qəbul, məktəbəhazırlıq qruplarının fəaliyyəti, tam orta təhsilin təmayülləşməsi və digər mövzular ətrafında müzakirələr aparılıb. Daha sonra məktəbə yeni işə qəbul olunmuş müəllimlər məktəbin direktoru Xanlar İmaməliyev tərəfindən kollektivə təqdim olunub, onlara gələcək işlərində uğurlar arzulyıb və müəllimlərə müvafiq tövsiyələr, tapşırıqlar verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi