Şahmat üzrə təsnifat turnirinin qalibi olub

Vüqar Həşimov Şahmat Akademiyasında mərhum qrossmeysterin xatirəsinə həsr olunan məktəblərarası şahmat üzrə ənənəvi təsnifat turniri keçirilib.

Yüksək səviyyədə təşkil olunmuş yarışda 236 nömrəli tam orta məktəbi təmsil edən məktəbin 6 "E" sinif şagirdi Turan Qoşqarlı  1-ci yerə layiq görülərək ona diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.

Yarışın təşkilində əsas məqsəd istedadlı gənc şahmatçıların aşkar olunması, onların istedadlarının üzə çıxarılması üçün şəraitin yaradılması, məktəblilər arasında ünsiyyətin, o cümlədən dostluq əlaqələrinin artırılması, "Şahmat” idman növünün geniş təbliğ olunması olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi