11-ci siniflər üçün “Son zəng” çalınıb

İyunun 14-də məktəbdə ənənəvi olaraq "Son zəng" tədbiri təntənəli şəkildə qeyd olunub. Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbiri açıq elan edən məktəbin direktoru Xanlar İmaməliyev dövlət başçımız cənab İlham Əliyevin təhsil sektoruna göstərdiyi diqqət və qayğıdan söhbət açıb, müstəqil həyata qədəm qoyan məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulayıb və məktəbin direktor müavinlərini, XI sinif rəhbərlərini 2018/2019-cu dərs ilində təlim-tərbiyə işlərində səmərəli fəaliyyətlərinə görə “Bakı şəhəri 236 nömrəli tam orta məktəbin Fəxri Fərmanı” ilə təltif edib.

Bayram tədbiri şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib. Qəsəbə sakinləri və məktəbə dəvət olunan qonaqlar üçün əyləncəli proqram təşkil olunub. Daha sonra tədbirin ən həyacanlı məqamı olan 11-ci sinfi bitirən şagirdlər üçün “Son zəng” çalınıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi