Maarifləndirici ekskursiya təşkil olunub

İyunun 9-da məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sima İmaməliyevanın rəhbərliyi ilə 7 “A” sinif şagirdlərinin Şamaxıda yerləşən Mirzə Ələkbər Sabirin ev-muzeyinə, Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə və Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına ekskursiysı təşkil olunub.

Şagirdlər ekskursiya çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edib, onlara muzey əməkdaşları tərəfindən ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumat verilib.

Müəllim Sima İmaməliyeva Mirzə Ələkbər Sabirin abidəsi önündə şagirdlərə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə Azərbaycan ədəbiyyatında əbədi iz qoymasından söhbət açıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi