Əlifba bayramının sevinci yaşanır

Məktəbdə birinci sinif şagirdlərinin "Əlifbanı öyrəndim", "Əlifbadan həyata doğru" adlı tədbirləri keçirilir.

Tədbirdə məktəb rəhbərliyi, pedaqoji kollektiv, şagirdlər və valideynlər iştirak edirlər. Birincilər vətənə, müəllimə, ana dilimizə, təbiətə, sülhə həsr edilən şeirlər söyləyir, müxtəlif nağıllardan səhnəciklər canlandırır, bir-birindən gözəl milli və əcnəbi rəqs nümunələri nümayiş etdirirlər.

Məktəbin ibtidai sinif müəllimi Aygün Zeynalova qeyd edib ki, əlifba bütün elmlərin açarı və insanları bilik xəzinəsinə aparan yolun başlanğıcıdır. Bu baxımdan “Əlifba” bayramının keçirilməsi böyük rəmzi məna daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi