Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş ekskursiyalar təşkil edilib

İyunun 1-də məktəbin ibtidai sinif müəllimlərindən Kəmalə Əkbərova, Nuridə Mahmudlu və Xuraman Rəsulova Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rəhbərlik etdikləri sinif şagirdlərinin müxtəlif tarixi məkanlara və muzeylərə ekskursiyasını təşkil ediliblər.

Məktəblilər ekskursiya çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edib, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar verilib.

Müəllim Kəmalə Əkbərova qeyd edib ki, ekkursiyanın məqsədi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaqları sevindirməklə yanaşı onların bilik və bacarıqlarını artırmaq, milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq və onlara tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi