Asfalt üzərində rəsm müsabiqəsi təşkil edilib

Mayın 31-də Səbail rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə 236 nömrəli tam orta məktəbdə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə asfalt üzərində rəsm müsabiqəsi təşkil edilib.

Müsabiqə iştirakçıları asfalt üzərində müxtəlif rəngli təbaşirlərlə rəsmlər çəkərək,öz istedad və bacarıqlarını nümayiş etdiriblər.

Münsiflər heyətinin rəyinə əsasən Səbail rayon məktəbliləri arasında asfalt üzərində rəsm müsabiqəsində məktəbin 8 "Ə" sinif şagirdi Amin Əliyev II yeri tutduğuna görə diplomla təltif olunub.

Mükafatlandırma mərasimində çıxış edənlər uşaqları əlamətdar gün münasibəti ilə təbrik ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi