“Heydər Əliyev və milli mənəvi dəyərlər” adlı tədbir keçirilib

Mayın 7-də məktəbin akt zalında məktəbin ibtidai sinif müəllimi Sevinc Həsənovanın təşkilatçılığı ilə rəhbərlik etdiyi 3 “C” sinif şagirdlərinin təqdimatında “Heydər Əliyev və milli mənəvi dəyərlər” adlı müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən tədbir keçirilib.

İlk öncə Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirin təşkilatçısı Sevinc Həsənova vurğulayıb ki, Heydər Əliyevin dahiliyi, müdrikliyi və uzaqgörənliyi onun ideya və tövsiyələrinin reallığa əsaslanaraq zamanın sınaqlarından keçməklə Azərbaycan xalqının yeganə tarixi inkişaf yolunun müəyyən edilməsində, ölkə həyatının bütün sahələrinin davamlı olaraq inkişaf etməsində özünü göstərib.

Çıxışlardan sonra şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi