Şagirdlərin təqdimatında musiqili tamaşa nümayiş olunub

Aprelin 30-da məktəbin musiqi müəllimi İlahə Quliyevanın təşkilatçılığı ilə musiqili komediya janrında "Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz"  adlı möhtəşəm musiqili tamaşa təqdim olunub.

Məktəbin akt zalında göstərilən tamaşada  Badamdar qəsəbə nümayəndəsinin sədri  Natiq Abbasov,  Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədov, məktəb rəhbərliyi, pedoqoji kollektiv, şagirdlər, valideynlər və habelə digər qonaqlar iştirak ediblər.

Nümayiş olunan tamaşada şagirdlərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olmaları, elm və təhsildə düşüncə tərzinin formalaşdırılması, təhsilin aktuallığı, savadlı olmağın əsas şərtlərindən biri də mütaliənin vacibliyini göstərən səhnəciklər müxtəlif obrazların diliylə təqdim edilib.

Səhnədə məktəb şagirdinin canlandırdığı Məşədi İbad obrazı xüsusilə tamaşaçıların böyük marağına və rəğbətinə səbəb olub.

Qonqlar izlədikləri tamaşadan çox böyük zövq aldıqlarını, belə yüksək səviyyədə hazırlanan tamaşaların çox olunmasının vacibliyini vurğulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi