Şagirdlər “Açıq qapı” günündə iştirak ediblər

Aprelin 27-də məktəbin fizika müəllimi Arzu Sadıqova və ingilis dili müəllimi Nurlanə Məlikovanın rəhbərliyi ilə məktəbin bir qrup şagirdlərinin Azərbaycan Memarlıq və İnşaat Universitetində I, II və V qrupa qəbul olmaq istəyən abituriyentlər üçün “Açıq qapı” günündə iştirakı təşkil olunub.

“Açıq qapı” günündə şagirdlər ali məktəbin professor və müəllim heyəti ilə tanış olub, onlara universitetin fəaliyyəti, təhsil proqramı, burada tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilib.

Abituriyentlər universitetin auditoriyalarını, müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarını gəzib və nadir eksponatlarla zəngin muzeylə, tələbə və müəllimlərin əl işlərindən ibarət sərgi salonu ilə tanış olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi