Şagirdlərlə maarifləndirici söhbət aparılıb

Aprelin 29-da məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamova, məktəbin həkimi Samirə Əliyeva və tibb bacısı Elmira Şirəliyevanın təşəbbüsü ilə şagirdlərlə “Olum və ya ölüm” adlı narkomaniya və onun fəsadları mövzusuna həsr edilmiş maarifləndirici söhbətlər aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Çıxış edənlər narkotikin orqanizmə mənfi təsiri, şüurun dəyişməsi, insanlar arasında qarşılıqlı münasibətlərin pozulması və ümumi həyat şəraitinə pis təsiri, psixoloji inkişafa mənfi təsirindən geniş və ətraflı söhbət açıblar.

Mövzu ilə əlaqədar məktəbin foyesində şagirdlərin əl işlərindən və rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi