1 Mart-Ümumdünya Mülki Müdafiə günüdür

1 mart 2016-cı il tarixdə 236 №-li tam orta məktəbdə "1 Mart Ümumdünya Mülki Müdafiə günü" ilə əlaqədar tədbir keçirildi. Tədbir giriş sözü ilə məktəbin direktoru Xanlar İmaməliyev açdı. Qəragah rəisi Baba Bayramovun məktəb tərəfindən verilmiş əmri və tədbirlər planını oxudu. Tədbir " Mülki-Müdafiə və Yeni İnformasiya Texnologiyaları" və "Mülki Müdafiə fəlakətlərə qarşı" mövzusunda aparıldı. Şagirdlərin iştirakı ilə yanğın və fövqəladə hallar zamanı xilsaetmə işləri, yanğın söndürmə və ilk tibbi yardımın göstərilməsi praktik olaraq həyata keçirildi. II V VI siniflərdə açıq dərslər aparıldı. Tədbir Azərbaycan Müəllimi qəzeti tərəfindən işıqlandırılacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi