Valideynlərin iştirakı ilə "Açıq qapı" günü keçirilib

Aprelin 24-də məktəbin riyaziyyat və informatika müəllimi Aynurə İsmayıl-zadənin 5 "Ç" sinfində riyaziyyat fənnindən "Faiz, dairəvi diaqram" mövzusunda apardığı dərsdə valideynlərin iştirakı ilə "Açıq qapı" günü keçirilib.

Şagirdlər dairələr üzərində hissələri asanlıqla müəyyən edib, hissələrin hansı faizə uyğun olduğunu dairələr üzərində göstərib və diaqramlar üzərində verilmiş hissələri öyrəndikləri dəqiq hissələrə görə müqayisə ediblər.

Aynurə İsmayıl-zadə şagirdlərə faizi göstərən ədədi və digər ədədlərlə eyni qaydada yuvarlaqlaşdırmaqla təxmini hesablamalar aparmağın mümkün olduğunu izah edib.

Dərsin səmərəli və yüksək səviyyədə təşkilinə görə valideynlər müəllim Aynurə İsmayıl-zadəyə minnətdarlıqlarını bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi