Azərbaycan Tarixi Muzeyinə ekskursiya təşkil olunub

Aprelin 20-də məktəbin ibtidai sinif müəllimi Gülnarə Zeynalovanın təşəbbüsü və təşkilatçılığı ilə rəhbərlik etdiyi  2 "Ə" sinif şagirdlərinin müəllim və valideynlər ilə birgə Azərbaycan Tarixi Muzeyinə ekskursiyası təşkil olunub.

Məktəblilər ekskursiya çərçivəsində muzeyin kolleksiya fonduna tamaşa edib, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar verilib.

Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin bilik və bacarıqlarını artırmaq, milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq və onlara tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi