Zavod və fabriklərə ekskursiya təşkil edilib

Aprelin 21-də məktəbin ibtidai sinif müəllimi Lyudmila Əliyevanın təşəbbüsü ilə rəhbərlik etdiyi 4 “Ə” sinif şagirdlərinin paytaxtda yerləşən bir neçə zavod və fabriklərə ekskursiyasını təşkil edib.

Zavod və fabriklərə ekskursiya zamanı şagirdlər istehsalat prosesi ilə tanış olublar.

Lyudmila Əliyeva ekskursiyanın böyük təəssürat yaratdığını, şagirdlərin nəzəri öyrəndikləri biliyin bilavasitə təcrübədə əyani gördüklərini bildirib.

Ekskursiyaların təşkil olunmasında əsas məqsəd məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdan ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi