Xocalı faciəsi: Qarabağın qanlı səhifəsi

26 fevral 2016-cı il tarixdə 236 saylı tam orta məktəbdə "Xocalı faciəsi: Qarabağın qanlı səhifəsi" mövzusunda geniş tədbir keçirildi.Tədbiri giriş sözü ilə məktəbin direktoru Xanlar İmaməliyev açdı. Qeyd olundu ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı faciəsi 1992-cı il fevral ayının 25-dən 26-na keçən gecə Xankəndində yerləşən Rus İmperiyasının 366-cı diviziyasının köməkliyi ilə erməni daşnakları tərəfindən həyata keçirlmişdir. Faciə nəticəsində 613 nəfər öldürülmüş, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfər isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olunmuşdu ki, onlardan da 76- sı uşaqdır. 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Tədbirin sonunda məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Respublikanın Əməkdar müəllimi Azadə Əfəndiyevanın rəhbərliyi ilə Xocalı faciəsi ilə əlaqədar hazırlanmış tamaşa göstərildi. Faciəni əks etdirən film nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi