“Novruz töhfələri” adlı təntənəli konsert proqramı təşkil olunub

Martın 15-i məktəbin akt zalında ibtidai sinif müəllimi Gülnarə Zeynalovanın təşkilatçılığı ilə “Novruz töhfələri” adlı təntənəli konsert proqramı təşkil olunub.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları, Badamdar qəsəbə nümayəndəsinin sədri  Natiq Abbasov,  Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədov, üzvlərdən Rauf Mayılov, məktəb rəhbərliyi, pedoqoji kollektiv, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.

Tədbirdə şagirdlər Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan,  Tacikistan və Türkmənistan dövlətlərinin qədim adət-ənənələri, milli mətbəxi, zəngin tarixi nümunələrini özündə əks etdirən səhnəciklər nümayiş etdiriblər, musiqi və şeirlər səsləndiriblər.

Daha sonra söz məktəbin direktoru Xanlar İmaməliyevə və tədbirdə iştirak edən qonaqlara verilibOnlar da öz növbəsində bayram münasibətilə tədbir iştirakçılarına səmimi təbriklərini çatdırıblar.

Tədbirin yüksək səviyyədə təşkilinə görə məktəbin direktoru Xanlar İmaməliyevin təqdimatında məktəbin ibtidai sinif müəllimi Gülnarə Zeynalovaya  xüsusi "Təşəkkürnamə" təqdim olunub.

Şənlik Novruza xas oyunlar, milli rəqslər və milli musiqi ifaları ilə davam edib.

Novruz bayramının əzəli-əbədi personajları olan Kosa və Keçəlin maraqlı oyunları isə tədbir iştirakçılarına əsl bayram əhvali-ruhiyyəsi yaşadıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi