“Xocalıya gedən yol” mövzusunda tədbir keçirilib

Fevralın 26-da məktəbin foyesində məktəbin musiqi müəllimi İlahə Quliyevanın təşkilatçılığı ilə Xocalı soyqırımının iyirmi yeddinci ildönümünə həsr olunmuş “Xocalıya gedən yol” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin rəhbər işçiləri və müəllim kollektivi bəşər tarixinin ən qanlı qətliamlarından sayılan erməni quldurlarının törətdikləri Xocalı soyqırımı haqqında fikirlərini şagirdlərlə bölüşüb.

Tədbirdə şagirdlərin təqdimatında Xocalı soyqırımına həsr edilmiş şeirlərdən ibarət ədəbi-bədii kompozisiya nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi