"Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində görüşlər təşkil olunub

Fevralın 21-də məktəbdə "Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində valideynlərlə sinif otaqlarında görüşlər keçirilib.

İlk növbədə valideynlərlə məktəbin direktoru Xanlar İmaməliyev görüşüb, geniş söhbət aparıb, onları maraqlandıran sualları cavablandırıb, fikir və təkliflərini dinləyib. O bildirib ki,  hər bir ailənin məktəblə əməkdaşlığı məktəbin də hər bir ailə ilə sıx əlaqəsi məktəb-ailə tərbiyəsini dərk edilən və düzgün qoyulan vəzifələrini müvəffəqiyyətlə yerinə yetirmək üçün ən zəruri şərtdir.

"Açıq qapı günü"ndə valideynlər təhsil ocağında yaradılan şəraitlə tanış olublar, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verilib. Valideynlərlə tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Sonra valideynlər məktəbin sinif otaqlarında təşkil edilmiş dərslərdə iştirak ediblər. Dərslərdən sonra valideynlər üçün seminarlar təşkil edilib. Növbəti mərhələdə valideynlər məktəbin dəhlizlərində yaradılmış fənn guşələri, müxtəlif fotostendlərlə və fənn kabinetlərində şagirdlər tərəfindən hazırlanan divar qəzetləri ilə tanış olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi