"Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş tədbir keçirilib

Fevralın 21-i məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəyalə Quliyevanın təşkilatçılığı ilə "21 fevral-Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş “Ana dilimizi sevək və qoruyaq" adlı tədbir keçirilib.

Milli varlığımızın əsas atributlarından olan ana dilimizin, millətin, xalqın mənəviyyatının aynası olduğunu vurğulayan Xəyalə Quliyeva, Azərbaycan dilinin geniş təbliğ olunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb.

Daha sonra şagirdlər ana dilimizə həsr edilən şeirlər və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Tədbirlərdə Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar da nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi