Məktəbdaxili basketbol yarışı keçirilib

Fevralın 21-i məktəbin idman zalında 6 “E” və 6 “Ə” sinif şagirdləri arasında məktəbdaxili basketbol yarışı keçirilib.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra yarışa start verilib.

Yarışda münsiflər heyəti qismində məktəbin direktoru Xanlar İmaməliyev, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qıztamam Yaqubova və məktəbin fiziki tərbiyə müəllimi Ülvi Mədətov iştirak edib.

Yarışda qalib gələn komandanın üzvləri məktəbin direktoru Xanlar İmaməliyev tərəfindən kubok və medallarla təltif olunublar.

Yarışın keçirilməsində məqsəd şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi və idmana marağının artırılması olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi