Abdulla Şaiq-135

20 fevral 2016-cı il tarixdə məktəbdə Azərbaycanın ədəbi-ictimai fikir tarixində maarif və mədəniyyət xadimi, şair, nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi kimi tanınan Abdulla Şaiqin 135 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Tədbir məktəbin ibtidai sinif müəllimi Gülnarə Zeynalovanın və 3-cü sinif şagirdlərinin iştirakı ilə həyata keçirildi. Əvvəlcə şairin həyat və yaradıcılığı haqqında məlumat verildi. Şagirdlərin şairin "Tıq-tıq" nağılı üzərində qurulan kompozisiyası tədbirin süjet xəttini təşkil edirdi. Balaca fidanların milli rəqsin sədaları altında şən, şux rəqslərindən sonra şagirdlərin ifasında göstərilən səhnəciklər müəllim və şagirdlər tərəfindən sevinclə qarşılandı.Səhnəcik arasında səsləndirilən milli musiqi sədaları, şeirlər isə tədbiri daha da canlandırır, ona rəng qatırdı. Bayram əhval-ruhiyyəsində olan balaca fidanların sevincinə bütün tədbir iştirakçıları qoşulmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi