"Gənc kimyaçılar"ın yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi keçirilib

Feralın 14-ü məktəbdə "Gənc kimyaçılar"ın yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi keçirilib. 

Müsabiqənin əsasnaməsinə uyğun olaraq, birinci mərhələdə iştirakçılar iki akademik saat ərzində ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və iki məsələni həll edib. Ən yüksək nəticə göstərənlərdən məktəb komandası formalaşdırılıb və müsabiqənin ikinci mərhələsi üçün hazırlıqlara başlanılıb.

Onu da qeyd edək ki, müasabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin kimya fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və eyni zamanda istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi