"Düzbucaqlı koordinat sistemi" mövzusunda maraqlı dərs keçirilib

Fevralın 12-i məktəbin riyaziyyat müəllimi Şəhla Əhmədovanın 6 "E" sinfində riyaziyyat fənnindən "Düzbucaqlı koordinat sistemi" mövzusunda maraqlı dərsi keçirilib.
Şəhla Əhmədova lövhədə üfüqi şəkildə yerləşdirilmiş koordinat oxu təsvir edib, onun xüsusiyyətlərini sadalayıb və koordinat sistemi, koordinat müstəvisi, rüblər, absis və koordinat oxları haqqında məlumat verib. Şagirdlərdən hər rübdə nöqtənin koordinatlarının işarəsi haqqında fikirlərini soruşub və koordinat oxu üzərində olan nöqtələrin koordinatları haqqında müzakirələr aparılıb.
Tapşırıqların yerinə yetirilməsi zamanı şagirdlər koordinat müstəvisində verilmiş nöqtələri qeyd ounan oxa nəzərən simmetrik olan nöqtəni qurub və koordinatlarını qeyd ediblər.