Rus dili və ədəbiyyatı üzrə XI Respublika Olimpiadasında fəal iştirak ediblər

Fevralın 9-u Bakı şəhəri 20 nömrəli məktəb-liseydə Rusiyanın Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin ölkəmizdəki nümayəndəliyi, Azərbaycanın Təhsil Nazirliyi və Azərbaycan Rus dilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının təşkilatçılığı ilə rus dili və ədəbiyyatı üzrə  XI Respublika Olimpiadası keçirilib.

7 və 8-ci sinif şagirdləri arasında keçirilən intellektual yarışda məktəbin 8 “C” sinif şagirdləri Həmid Məcidov, Anar Bastanov, Nəzrin Həyatova, 8 "E" sinif şagirdləri Mir-amal Afsalov, İsa İbrahimxəlilov, Cavidan Ağayev, Səməndər Abbaslı, 7 “Ə” sinif şagirdləri Emil Abdullayev, Aytac Kazımova, Angelina Dudetskaya və 7 "F" sinif şagiri Sürəyya Abbasova fəal iştirak ediblər və sertifikata layiq görülüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi