Çörək zavoduna maarifləndirici ekskursiya təşkil olunub

Fevralın 10-u məktəbin ibtidai sinif müəllimi Nərmin Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə rəhbərlik etdiyi 4 "G" sinif şagirdlərinin çörək zavoduna maarifləndirici ekskursiyası təşkil olunub.

Şagirdlər zavodda un və un məmulatlarının hazırlanması və texniki təhlükəsizlik mövzuları üzrə məlumatlar əldə edib, müasir çörək bişirmə texnikası ilə tanış olublar.

Zavodun işi ilə yaxından tanış olan şagirdlər  zavodda isti çörəkdən dadıb və çörəkçilərə zəhmətlərinə görə minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi