Formda vaxtın düzgün idarə edilməsi ilə bağlı məruzələr dinlənilib

Fevralın 8-i Qərbi Kaspi Universitetində ali və orta məktəb müəllimləri, administrativ işçiləri üçün vaxtın düzgün idarə edilməsi ilə bağlı təlim təşkil edilib.

Təlimdə Qərbi Kaspi Universitetinin Biznes Məktəbinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru Könül Hilal və təlimçi Rövşən Nəcəfovun moderatorluğu ilə iş və şəxsi həyat arasında balansın düzgün yaradılması və riayət olunması üçün təlimatlar, müxtəlif araşdırmalar və təcrübələr haqqında məlumatlar verilib, mövzu ilə bağlı interaktiv müzakirələr aparılıb.

Təşkil olunmuş formda iştiraklarına görə məktəbin inzibati işçiləri Ülviyyə Bayramova və Gülnarə Abbasovaya sertifikat və hədiyyələr təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi