Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

Fevralın 6-ı  məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamova, Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəhla Zeynalova və rəhbərlik etdiyi 5 "D" sinif şagirdləri xalqımızın qəhrəman oğlu Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar II Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.

Şəhla Zeynalova Mübariz İbrahimovun keçdiyi şərəfli ömür yolundan, təkbaşına düşmənin xeyli qüvvəsini məhv etməsindən və şəhidlik zirvəsinə necə ucalmasından ətraflı və geniş danışıb.

Şagirdlər unudulmaz qəhrəman Mübariz İbrahimovun məzarı üzərinə tər çiçəklər düzüb və ona həsr olunmuş şeirlər söyləyiblər.

Sonra Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi