Alpaqut Federasiyasının diplomu və birincilik medalı təqdim olunub

Dünya Alpaqut Federasiyası Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə Şağan İdman Olimpiya Kompleksində Alpaqut turan döyüş sənəti üzrə IV Azərbaycan birinciliyi keçirilib.
Alpaqut Turan döyüş növü üzrə IV Azərbaycan çempionatına Aypara, Batur, Caymaz və Qurşaq sistemi üzrə 300 alpaqutçunun qatıldığı yarışda məktəbin 4 "D" sinif şagirdi Əlizadə Sara 8 yaşlı idmançılar arasında 25 kq çəki dərəcəsində final mərhələsinin döyüşlərini qələbə ilə başa vuraraq birincilik əldə edib.
Sara Əlizadəyə Alpaqut Federasiyasının diplomu və birincilik medalı təqdim olunub.