“Qərbi Azərbaycan xanlıqları” mövzusunda “Açıq dərs” təşkil olunub

Fevralın 5-də məktəbin tarix müəllimi Rövşanə İsmayılovanın 8 “C” sinfində “Qərbi Azerbaycan xanlıqları” mövzusunda “Açıq dərs”i təşkil olunub.
Dərsdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin kiçik elmi işcisi Zülfiyyə Cəlilova, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, tarix və coğrafiya müəllimləri iştirak edib.
“Açıq dərs”də muzey materialları sərgilənib. Muzeyin əməkdaşı mövzu ilə bağlı dərsdə çıxış edib. Daha sonra şagirdlər qruplara bölünüb. Hər qrupa tapşırıqlar verilib və iş vərəqləri üzrə tapşırıqlar icra olunub. Fəaliyyət əməkdaşlıq şəraitində keçib. Fənlərarası əlaqə yaradılıb.
Dərs iştirakçılar tərəfindən müzakirə olunub və bəyənilərək yüksək qiymət verilib.