20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib

Yanvarın 21-i məktəbin ibtidai sinif müəllimi Ofelya Məmmədovanın təşkilatçılığı ilə rəhbərlik etdiyi 2 “Ç” sinfində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “Şəhidlərimizin qəhrəmanlığı vətənpərvərlik nümunəsidir” mövzusunda tədbir keçirilib.
Ofelya Məmmədova çıxış edərək 20 Yanvar faciəsinin acı nəticələri barədə məlumat verib. O bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd şəhidliyin müqəddəs bir zirvə olduğunu, şəhidlərin əziz xatirəsinin heç vaxt yaddaşlardan silinməyəcəyini gənc nəslin diqqətinə çatdırmaqdır.
Şagirdlər torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə, milli qəhrəmanlarımıza, həmçinin vətənpərvərlik mövzusuna həsr olunmuş şeirləri məharətlə ifa ediblər.