20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilib

Yanvarın 15-i, 16-ı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəyalə Quliyevanın təşəbbüsü və təşkilatçılığı ilə IX sinf şagirdləri arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir" mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.
İki gün davam edən müsabiqədə məktəbin IX sinif şagirdləri iştirak ediblər.
Xəyalə Quliyeva Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi haqqında danışaraq müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Müsabiqə qaliblərinə diplomlar və hədiyyələr təqdim olunacaq.