"Ulu öndər Heydər Əliyev irsinin öyrədilməsi" istiqamətində məruzə dinlənilib

Yanvarın 11-i məktəbin akt zalında müasir Azərbaycan tarixinin ən parlaq siması olan "Ulu öndər Heydər Əliyev irsinin öyrədilməsi" istiqamətində  məktəbin direktoru Xanlar İmaməliyevin "20 Yanvar faciəsi, Xocalı soyqırımı və azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən 1918-ci il mart soyqırımına, həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyasına hüquqi-siyasi qiymətin verilməsi Ulu öndər Heydər Əliyevin siyasi məfkurəsinin və yüksək vətənpərvərliyinin bariz nümunəsi kimi" mövzusunda məruzəsi dinlənilib.

O, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində və taleyində oynadığı mühüm roldan, misilsiz xidmətlərindən, milli xilaskarlıq missiyasından bəhs edib.

Tədbirin əsas məqsədi ümummilli lider Heydər Əliyevin ölkəmizin dövlət quruculuğu prosesindəki rolunun və xidmətlərinin öyrədilməsi, bütün bunların gənc nəsillərə çatdırılması olub.

Məruzə olunan mövzular xüsusi hazırlanmış slaydlarla, videomateriallarla şagirdlərin diqqətinə çatdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi