Təsviri incəsənət fənnindən maraqlı dərs keçirilib

Yanvarın 9-u məktəbin ibtidai sinif müəllimi Gülnarə Zeynalovanın 2 “Ə” sinfində təsviri incəsənət fənnindən maraqlı və yaddaqalan dərsi keçirilib.
Şagirdlər kağız üzərində rəsm üçün istifadə olunan köpükdən, rəngli boyalardan istifadə etməklə bir-birindən maraqlı rəsmlər çəkiblər.
"Balaca rəssamlar"ın orijinallığı ilə diqqəti cəlb edən əsərləri onların maraq dünyasından, yaradıcılıq qabiliyyətindən, fənnə olan marağından xəbər verib.