Yelkənçimiz İzmirdə təlim-məşq düşərgəsində iştirak edib

Yanvarın 3-ü Azərbaycan Yelkənli İdman Federasiyanın yığma komandası Türkiyənin İzmir şəhərində 2019-cu il üçün “Optimist” və “Laser” sinifləri üzrə təşkil olunan təlim-məşq düşərgəsində iştirak edib.

Düşərgədə bütün idmançıların iştirakı ilə “Teos Kuboku” uğrunda yarış keçirilib.

Təlim-məşq düşərgəsində Azərbaycanı “Optimist” sinfi üzrə iştirak edən komandada məktəbin 6 "E" sinif şagirdi Səxavət Əzimov təmsil edib.

Onu da qeyd edək ki, beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən şagirdimiz dəfələrlə ölkə xaricində təşkil olunan təlim-məşq düşərgələrində iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi