2018-ci ili 236 nömrəli tam orta məktəb uğurla başa vurub

Dekabrın 28-i Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 20 nömrəli məktəb-liseydə BŞTİ-nin təşkilatçılığı ilə Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasının qaliblərinin və təhsil işçilərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə məktəbin 7 “D” sinif şagirdi Muxtar Məmmədov Rəhim oğluna olimpiadada yüksək nəticə göstərdiyinə görə medal, diplom və qiymətli hədiyyə təqdim olunub.
Daha sonra təhsil işçilərinin mükafatlandırılma mərasimi keçirilib. Mötəbər tədbirdə məktəbin fiziki tərbiyə və şahmat müəllimi Şakir Quliyev Qulu oğlu “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.