31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib

Dekabrın 28-i məktəbin akt zalında məktəbin ibtidai sinif müəllimləri Vəfa Əliyeva, Aynurə Cəlilova və Uşaq Birliyi Rəhbəri Gülnar Əzimovanın təşkilatçılığı ilə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi Natiq Abbasov, Badamdar Bələdiyyəsinin sədri Həbib Əsədov, Badamdar bələdiyyəsinin üzvləri Təzəxan Məmmədov, Rauf Mayılov, məktəb rəhbərliyi, kollektivi, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.
Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri öz sözlərilə açan məktəbin direktoru Xanlar İmaməliyev bütün qonaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni-2019-cu il münasibətilə ürəkdən təbrik edib, onlara yeni ildə işlərində müvəffəqiyyətlər arzulayıb. O, bildirib ki, 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrilib və bu bayram müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla birlik və həmrəylik yaratmaq üçün böyük əhəmiyyətə malikdir.
Daha sonra söz tədbirdə iştirak edən qonaqlara verilib. Onlar da öz növbəsində bayram münasibətilə tədbir iştirakçılarına səmimi təbriklərini çatdırıb.
Tədbir bədii hissə ilə davam edib.
Tədbirin yüksək səviyyədə təşkilinə görə məktəbin direktoru Xanlar İmaməliyevin təqdimatında məktəbin ibtidai sinif müəllimləri Vəfa Əliyeva, Aynurə Cəlilova və Uşaq Birliyi Rəhbəri Gülnar Əzimovaya xüsusi "Təşəkkürnamə"lər təqdim olunub.